Musa Qurbanlının “Torino”ya keçid FAİZİ
16.04.2023 - 12:20
"Qarabağ"ın futbolçusu Musa Qurbanlının transfer qiyməti açıqlanıb.
Apasport.az İtaliya mətbuatına istinadən məlumat verir ki, "Torino" 21 yaşlı hücumçu üçün təxminən 5 milyon avro xərcləməlidir.
Qurbanlının transfer ehtimalı isə 25 faiz olaraq göstərilib.
Qeyd edək ki, Musa bu mövsüm Misli Premyer Liqasında 20 qolla bombardirdir. Onun Ağdam təmsilçisi ilə müqaviləsi 2026-cı ilin yayına qədərdir.
- De Byazi Belçikada jurnalistlər önünə çıxacaq
- Tahir Gözəl: "Bu il Azərbaycanı Avropada layiqincə təmsil etdik"
- Qılıncoynatma üzrə Azərbaycan birinciliyinə yekun vurulub
- Argentinanın baş məşqçisindən sürpriz qərar: Getmək istəyir
- "Qarabağ"ın sabiq qapıçısı: “Keçmiş komandama dəstək olacam” - Müsahibə
0
0