"Şerif"in kapitanı Mussa Kiabu UEFA Avropa Liqasının 1-ci təsnifat mərhələsinin "Zirə" ilə ilk oyunundan əvvəl mətbuat konfransında iştirak edib.
Apasport.az xəbər verir ki, malili yarımmüdafiəçi yaxşı nəticəyə ümid etdiklərini bildirib:
"Bir neçə həftədir ki, bu görüşə hazırlaşırıq. Avrokubokda ilk matçımızdır. Komandaya yeni qoşulanlar var. Bizim vəzifəmiz onlara ailənin əhatəsində olduqlarını hiss etdirməkdir. Müsbət nəticə üçün əlimizdən gələni edəcəyik".
Qeyd edək ki, sabah “Şerif” İdman Kompleksində keçiriləcək "Şerif" - "Zirə" matçı Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.
- "Sabah" klubunun prezidenti: "AFFA-ya müraciətimizi etmişik"
- Evdə Edə Biləcəyimiz Effektiv Məşqlər. Fitness Mütəxəssislərindən Tövsiyələr
- Frank de Blekere “Siqma” - “Selye” matçının hakim-inspektoru olacaq
- "Səbail" heyətini yeni futbolçu ilə gücləndirib
- Messi, Ronaldo, yoxsa Lamin Yamal... - "Ən yaxşı" futbolçu kimdir?