“Neftçi”nin məşqçilər korpusuna yeni təyinatlar olub.
Apasport.az saytının məlumatına görə, bunu klubun mətbuat xidməti açıqlayıb.
45 yaşlı Alin-Nikolaye Çita köməkçi məşqçi, 44 yaşlı Aurelian-Boqdan Petraşku analitik məşqçi, 28 yaşlı Miodraq Todorov fiziki hazırlıq üzrə məşqçi, 47 yaşlı Mihai-Qavril Nedeban isə qapıçılar üzrə məşqçi vəzifəsini yerinə yetirəcək. Mütəxəssislərin hər biri ilə 2 illik müqaviləyə imza atılıb.
Baş məşqçi Adrian Mutu və köməkçiləri artıq Sankt-Peterburqda təlim-məşq toplanışında olan komandanın düşərgəsindədir. “Ağ-qaralar” bu gün Bakı vaxtı ilə saat 18:00-da başlayacaq məşqə rumıniyalıların rəhbərliyi altında çıxacaq.
Qeyd edək ki, hər dörd mütəxəssis bundan əvvəl də baş məşqçi Mutu ilə birlikdə çalışıb.
- Ən gənc 3-cü kapitan, 100-cü argentinalı, heyrətamiz nisbət – ÇL rəqəmlərlə
- Rəşad Sadıqov: “Tempi qorumağa çalışacağıq”
- Bakıda UEFA-nın PRO kateqoriyalı məşqçi kursunun I mərhələsi keçirilib
- "Fənərbaxça" Cekonu ingilis futbolçu ilə əvəzləyəcək - İddia
- Avropa nəhəngləri Fransa klubunun futbolçusu ilə maraqlanır