Nadal Olimpiya Oyunlarını buraxa bilər
26.07.2024 - 11:33
İspaniyalı tennisçi və Böyük Dəbilqə yarışlarının 22 qat qalibi Rafael Nadal ombasından aldığı zədə səbəbindən Parisdə keçiriləcək Olimpiya Oyunlarını buraxa bilər.
Apasport.az xəbər verir ki, bu barədə onun məşqçisi Karlos Moya “The Tennis Letter” nəşrinə məlumat verib:
“Nadalın Olimpiadada oynayacağına zəmanət verə bilmərəm. Onun daha tez sağalması üçün bu gün istirahət verilib".
38 yaşlı Nadal sağ budunda yaranan problemlərə görə iyulun 25-i keçiriləcək məşqi buraxacaq.
Qeyd edək ki, Olimpiadada tennis turniri iyulun 27-dən avqustun 4-dək keçiriləcək.
- Cüdoçularımız Avropa çempionatında daha 4 medal qazanıb
- Ayxan Abbasov: "Neçə illərdir, bunun acısını yaşayırıq" - Açıqlama
- Azərbaycanın çimərlik futbolu üzrə millisinin yeni baş məşqçisi müəyyənləşib
- Uşaqlıq sevgisi, ingilis “radarı”, zədələrin qisası - ULDUZLAR
- Fərrux Mahmudov “Neftçi” prezidenti təyin edildi
0
0