UEFA Çempionlar Liqasının Liqa mərhələsinin V turunda "Napoli" ilə matç üçün"Qarabağ" azarkeşlərinə ayrılan yerlərin sayı açıqlanıb.
Apasport.az xəbər verir ki, bu barədə Ağdam klubunun mətbuat xidməti məlumat yayıb.
Oyun üçün biletlərin bu gün satışa çıxarılacağı da bildirilib. "Stadio Diego Armando Maradona"da "Qarabağ"ın azarkeşləri üçün 2480 yer ayrılıb.
Vauçerlər "iTicket.az" saytında onlayn şəkildə bu gün saat 15:00-dan etibarən satışa çıxarılacaq. Azarkeşlər ayrılmış sektorlara "Gate 26" vasitəsilə daxil olacaq.
Qeyd edək ki, "Napoli" - "Qarabağ" oyunu noyabrın 25-də, Bakı vaxtı ilə 00:00-da start götürəcək.
- Taekvondoçularımız Prezident Kubokunu 12 medalla başa vurublar
- Rüfət Abbasov: "Turan Tovuz"la bizi çətin görüş gözləyir"
- Yevlax klubu ev oyunlarındakı tamaşaçı sayına görə birincidir
- Yenidən antirekord: Son 9 mövsümün ən aşağı göstəricisi təkrarlandı
- “Qarabağ” "Neftçi"ni öz meydanında darmadağın etdi - YENİLƏNİB