Slovakiyanın Koşitse şəhərində keçirilən Avropa çempionatında çıxış edən mini-futbol üzrə milli komandamız 1/4 final mərhələsində ev sahibi Slovakiya yığmasına qalib gələrək (1:0) yarımfinala vəsiqə qazanıb.
Apasport.az saytının məlumatına görə, iyunun 10-da gənclər və idman naziri Fərid Qayıbov və “Zirə” Futbol Klubunun fəxri prezidenti Orxan Məmmədov yarımfinal öncəsi onlayn formatda mini-futbol üzrə milli komandanın üzvləri ilə görüşərək qalibiyyət münasibətilə komandanı təbrik edib, yarımfinalda uğurlar arzu ediblər.
Mini-futbol üzrə milli komandanın baş məşqçisi Elşad Quliyev diqqətə görə komanda adından təşəkkür edib.
Qeyd edək ki, yarımfinalda Qazaxıstanla qarşılaşacaq millimizin matçı bu gün Bakı vaxtı ilə saat 20:30-da Koşitsenin “Steel” arenasında start götürəcək.
- Azərbaycan Kubokunun final oyununa təyinatlar müəyyənləşib
- “Bodo Qlimt” – “Qarabağ” oyununun biletləri satışa çıxarılıb
- Azərbaycanın stolüstü tennis cütlüyü dünya reytinə başçılıq edir - FOTO
- Millimizin Estoniya və Slovakiya ilə oyunlar üçün heyəti açıqlanıb
- “Barselona” ispaniyalı müdafiəçi ilə müqaviləsini yenilədi