“Neftçi” Azərbaycan çempionatlarında 75-ci dəfə evdə məğlub olub
14.04.2025 - 10:34
“Neftçi” Azərbaycan çempionatlarında 75-ci dəfə evdə məğlub olub

“Neftçi” Azərbaycan çempionatlarında 75-ci ev məğlubiyyətini alıb.

Apasport.az xəbər verir ki, bu, Misli Premyer Liqasının XXX turuna təsadüf edib.

“Zirə”yə 2:4 hesabı ilə uduzan “ağ-qaralar” öz meydanındakı 473-cü görüşdə 75-ci dəfə xalsız qalıb.

Bu qarşılaşmada buraxılan ilk top isə qonaqların 350-ci qolu olub.