"Neftçi"nin yeni baş məşqçisi bəlli olmaq üzrədir.
Apasport.az saytına daxil olan məlumata görə, "ağ-qaralar" artıq qərarını verib.
Samir Abasov və Arif Əsədov alternativləri arasında qalan klub rəhbərliyi seçimini edib. Paytaxt təmsilçisi bu posta Abasovu gətirmək niyyətindədir.
Tərəflər arasında problem yaşanmasa, Samir yenidən "Neftçi"nin baş məşqçisi olacaq. "Sumqayıt"ın prezidenti Riad Rəfiyevlə "küsülü" olan mütəxəssisin "gənclik şəhəri" təmsilçisi ilə yollarını necə ayıracağı isə sual doğurur.
Qeyd edək ki, Abasov 2020-22-ci illərdə də "ağ-qaralar"ı çalışdırıb. Onun rəhbərliyi altında komanda 2021-ci ildə Azərbaycan Premyer Liqasının qalibi olub.
- Haitinin formasında Polşa bayrağı – Səbəbi dizayn səhvi deyil
- III MDB Oyunları: Avarçəkənlərimiz yarışı dörd medalla başa vurublar
- Bakıda keçiriləcək UFC turnirinin təntənəli çəkiölçmə mərasimi keçirilib
- Avropa çempionatında qızıl medal qazanan ilk azərbaycanlı xanım şahmatçı Vətənə dönüb
- I Liqanın bombardiri mükafatlandırılıb