“Neftçi”nin U-11 komandası “Fənərbaxça” Futbol Akademiyasının təşkilatçılığı ilə İstanbulda keçirilən Can Bartu beynəlxalq turnirində iştirak edib.
Apasport.az saytının məlumatına görə, baş məşqçi Mahmud Əhmədovun yetirmələri İtaliyanın “İnter” (Milan, 0:3), Türkiyənin “Altay” (4:0) və “Başakşehir” (0:1) klubları ilə oyunlardan sonra B qrupunda 3-cü olaraq 9-12-ci yerlər uğrunda mübarizə aparmaq hüququ qazanıb.
Burada Sofiya MOİK-inə 0:4 hesabı ilə uduzan “Neftçi” Türkiyənin “Manisa” klubuna qalib gələrək (1:0) 11-ci yeri tutub.
Qeyd edək ki, 5 ölkədən 16 komandanın yarışdığı turnirin qalibi finalda “Qalatasaray”ı 2:0 hesabı ilə məğlub edən “İnter” olub.
- 35 il əvvəl Xankəndidə futbol oynamış jurnalist: "Ermənilərlə möhkəm dava düşmüşdü" - VİDEO
- İspaniya Xorvatiyanı məğlub etdi - YENİLƏNİB
- Millimizin baş məşqçisi: “Güləşimiz ilbəil inkişaf edir”
- Bojoviç Azərbaycan çempionatlarında işləyən 62-ci əcnəbi baş məşqçidir
- Avropa çempionatında iştirak edəcək cüdoçularımız bəlli olub