“Neftçi” hazırlıqları başa vurdu
23.10.2026 - 19:46
"Neftçi" Misli Premyer Liqasının IX turunda qarşılaşacağı “Turan Tovuz” ilə matçın hazırlığı başa çatdırıb.
Apasport.az xəbər verir ki, “ağ-qaralar” bu gün “Palms Sports” Futbol Mərkəzində oyunöncəsi son məşqə çıxıblar.
Qeyd edək ki, oktyabrın 24-də “Palms Sports Arena”da keçiriləcək “Neftçi” – “Turan Tovuz” matçı saat 19:00-da başlanacaq.
0
0