Depay özünü “Yuventus”a təklif etdi
28.07.2022 - 15:21
“Barselona” hücumçusu Memfis Depay üçün yeni komanda axtarmağa davam edir.
Apasport.az saytının məlumatına görə, Kataloniya klubu 28 yaşlı forvardı heyətdə saxlamaqda maraqlı deyil.
Niderland millisinin üzvü özü də artıq əsas heyətə düşə bilməyəcəyini başa düşür. Bu üzdən o, öz xidmətini “Yuventus”a təklif edib. Turinlilər isə bu variantın onlara xeyir verib-verməyəcəyini nəzərdən keçirir.
Qeyd edək ki, Memfis Depay “Barselona”ya ötən il “Lion”dan keçib.
- Güləşçimiz Dünya Çempionatında bürünc medal qazanıb
- Qurban Qurbanov: “Yaxşı futbolçu olmaq üçün Musa kimi qardaşın olmalıdır”
- Konfrans Liqası: "Alkmaar"dan Romada əzmkar qələbə
- Beynəlxalq Şahmat Federasiyası azərbaycanlı hakimi mükafatlandırıb
- “Qalatasaray”ın sabiq futbolçusunun yeni klubu bəlli oldu
0
0