"Neftçi"nin forma sponsoru dəyişib.
Apasport.az xəbər verir ki, klub yenidən "Kappa" şirkəti ilə əməkdaşlığa başlayıb.
Bunu paytaxt təmsilçisinin mətbuat xidməti açıqlayıb.
Tərəflər arasında sponsorluq müqaviləsi bağlanıb. Anlaşma 2 il müddətinə nəzərdə tutulub.
Razılaşmaya əsasən, “Kappa” “Neftçi” PFK-nın əsas komandası üçün 3 eksklüziv dizaynlı oyun forması, həmçinin məşq və nümayiş dəstləri hazırlayacaq. Bundan əlavə, əsas, əvəzedici, qadın və akademiya komandaları “Kappa” istehsalı olan geyim dəstləri ilə təchiz diləcək.
Tezliklə klubun “Neftçi Arena”dakı fan mağazasında bu geyim dəstlərinin azarkeşlər üçün fiziki və onlayn satışı da təşkil olunacaq.
Xatırladaq ki, bunadək "Neftçi"ni idman dəstləri ilə "Errea" təmin edirdi.
Qeyd edək ki, 2017/18 mövsümündə də "ağ-qaralar" "Kappa"nın formalarını geyinib.
- Qurban Qurbanov: "Məğlub olduğumuz üçün sistemi dəyişmək fikrimiz yoxdur" - MÜSAHİBƏ
- Azərbaycan üzgüçüləri Kutaisidə keçirilən Açıq Yaz Kubokunda uğurlu nəticələr əldə ediblər
- İkardi İtaliya klublarının radarına düşüb
- “Mançester Yunayted”dən 20 yaşlı hücumçu ilə 5 illik müqavilə
- Beyl 64 illik həsrətə son qoydu