"Neftçi" legionerini icarəyə verəcək: QƏRAR VERİLDİ
01.06.2026 - 16:10
"Neftçi" legionerini icarəyə verəcək: QƏRAR VERİLDİ

Ryonosuke Ohorinin taleyinə aydınlıq gəlib.

"Apasport"un əldə etdiyi məlumata görə, yarımmüdafiəçi "Neftçi"yə qayıdıb.

Futbolçu mövsüm bitdikdən sonra paytaxt təmsilçisinin düşərgəsinə qoşulub.

Lakin yaponiyalının "ağ-qaralar"ın heyətində qalması gözlənilmir. Belə ki, klubla daha bir illik müqaviləsi olan Ohorinin yenidən icarəyə verilməsi gözlənilir. 

Onun "Kəpəz"ə qayıtmaq ehtimalı da var. Bu isə Gəncə təmsilçisinin yeni çalışdırıcısının qərarından asılı olacaq.

Qeyd edək ki, Ryonosuke "Neftçi"yə 2025-ci ilin yanvar ayında transfer olunub.