Stenli kubokunu qalibi “Karolina”da
02.07.2023 - 16:34
NHL-də çıxış edən Dmitri Orlov “Karolina” ilə iki illik müqavilə imzalayıb.
Apasport.az-ın məlumatına görə, rusiyalı hokkeyçi sərbəst agent kimi komandaya qoşulub.
31 yaşlı müdafiəçi yeni klubunda illik 7,75 milyon dollar qazanacaq. O son mövsümün birinci hissəsini “Vaşinqton”da, ikinci hissəsini isə “Boston”da keçirib. Təcrübəli hokkeyçi “Karolina”da uğurlar qazanmaq arzusunu bildirib.
Qeyd edək ki, uzun müddət “Vaşinqton”da oynayan Dmitri 2018-ci ildə Stenli kubokunu qazanıb.
- Zaur Həşimov: "Zirə" Konfrans Liqasının ilk matçında layiqli qələbə qazandı" - Müsahibə
- Samir Abasov da getsə... - "Qarabağ" ona görə "Qarabağ"dır
- “Sabah”ın komandaları ili qələbə ilə bitirdilər
- Yüksək Liqa: “Baku Fire” və “Araz-Naxçıvan”dan darmadağın
- “İnter”in yeni baş məşqçisi müəyyənləşdi - RƏSMİ
0
0