Azərbaycan milli komandasının və “Sabah”ın yarımmüdafiəçisi Anatoli Nuriyev yayda komandasını dəyişə bilər.
Apasport.az saytına verilən məlumata görə, 28 yaşlı futbolçunun xidmətində “Neftçi” maraqlıdır.
“Sabah”da oynamaq üçün çox da şans tapmayan Nuriyevin yeni sezonda “Neftçi”yə keçmək şansı var. Amma onun bu komandada qalacağı, yoxsa “Neftçi”yə keçəcəyi futbolçunun verəcəyi qərardan asılı olacaq.
2022-ci il mövsümün əvvəlində “Sabah”la müqavilə imzalamış Nuriyev 2025-ci il iyunun 30-na qədər Masazır klubuna məxsusdur. O, buna qədər “Stal”, "Kamyanske”, “Kolos”, “Sumqayıt” klublarında oynayıb.
- İsmayıl Zülfüqarlı: “Adrian Mutu mənə inanır və güvənir, bunu dəyərləndirəcəm” - MÜSAHİBƏ
- Millimizdən növbəti məğlubiyyət
- Azərbaycan ilk dəfə xizək alpinizmi üzrə Dünya Kubokuna ev sahibliyi edəcək
- "Fənərbaxça" "Qalatasaray"dan daha yaxşı şərtlər təklif etdi
- Avropa çempionatında daha bir gümüş medal