“Neftçi” onunla vidalaşdı
27.06.2022 - 12:33
Yeni mövsümün hazırlığını davam etdirən “Neftçi” daha bir futbolçusu ilə vidalaşıb.
Apasport.az saytının məlumatına görə, bunu Bakı klubunun mətbuat xidməti açıqlayıb.
Paytaxt təmsilçisi Ramon Maçado ilə yollarını ayırıb. Braziliyalı hücumçu ilə başa çatan müqavilə yenilənməyib. 2021-ci ilin sentyabrında transfer olunan Maçado “Neftçi”nin heyətində 28 oyun keçirib, 7 qol vurub.
Qeyd edək ki, Macadoya qədər Turan Vəlizadə, Kamran İbrahimov və Huqo Basto da “Neftçi”dən ayrılıb.
- Pyotr Kondakov: “Yunanları Bakıda "döyəcəklər”
- Misli Premyer Liqası: 2026/2027 mövsümündə istifadə ediləcək toplar müəyyənləşib
- “Arsenal” “Qarabağ”la eyni qrupa düşmək istəmir
- Klublarımızın Konfrans Liqasındakı rəqibləri müəyyənləşdi
- Diniyevin komandasında baş məşqçi dəyişikliyi: Tuncay Şanlı istefa verdi
0
0