“Neftçi” "Rubin"in futbolçusunu heyətinə qatacaq
24.01.2024 - 14:14
“Neftçi” transfer çalışmalarını davam etdirir.
Apasport.az saytına verilən məlumata görə, “ağ-qaralar” “Rubin”in futbolçusu Rüstəm Aşurmatovla maraqlanır.
Kazan klubuna məxsus olan 27 yaşlı futbolçunun özünün də, “Neftçi”də çıxış etməyə razı olduğu bildirilir. Özbəkistan millisinin üzvünün Rusiya klubu ilə müqaviləsi 2026-cı il iyunun 30-na qədərdir.
Qeyd edək ki, o, karyerası ərzində “Bunyodkor”, “Qvanqju”, “Qanqvun”, “Navbahor” klublarında çıxış edib.
- "Karvan" qış fasiləsini gözləyir: Yeni transferlər olacaq
- Vüsal İsgəndərlinin komandası baş məşqçi ilə yollarını ayırıb
- Kaxaber Tsxadadze: "Sona qədər sözümün üstündə durmalıyam"
- Elçin Məsiyev UEFA Avropa Liqasının oyununa təyinat alıb
- Mourinyodan Ancelottiyə atmaca: "Real" kimi klubu ancaq mənim kimi...
0
0