Türkiyənin Bolu şəhərində təlim-məşq toplanışında olan “Neftçi” bu gün növbəti yoxlama oyununu keçirib.
Apasport.az saytının məlumatına görə, baş məşqçi Laurentsiu Regekampf yetirmələrini yerli komanda ilə matçda sınayıb.
“Ağ-qaralar” Türkiyə Super Liqa təmsilçisi “Sivasspor”la qarşılaşıb. “The Sign Esentepe Hotel & Ski Center”in stadionunda keçirilən matçın taleyini bir qol həll edib. İsaak Kofinin 18-ci dəqiqədə vurduğu yeganə top sivaslılara 1:0 hesablı qələbə qazandırıb.
Qeyd edək ki, “Neftçi” Türkiyədəki ilk yoxlama görüşündə “Sakaryaspor”la 1:1 hesablı heç-heçə edib. Təmsilçimiz qardaş ölkədə daha bir sınaq matçı planlaşdırır.
Yoxlama görüşü
11 iyul
12:30. “Neftçi” – “Sivasspor” (Türkiyə) - 0:1
Bolu
- Autsayder "Zirə"yə, "Sumqayıt" "Şamaxı"ya qalib gəldi - YENİLƏNİB
- Giorgi Kantariya: “Qarabağ”la heç-heçə xeyrimizə işləyəcək” - MÜSAHİBƏ
- FKSB-nin futbolçusu “Neftçi”yə transferi barədə xəbərlərə münasibət bildirdi - EKSKLÜZİV
- Qalatasarayın 25-ci çempionluğu üçün xatirə pulu buraxılır - FOTO
- Qəbələdə darmadağın - YENİLƏNİB