“Neftçi”də 4 itki - ”Sumqayıt”la matçı buraxacaqlar
07.12.2024 - 22:55
"Neftçi" Misli Premyer Liqasının 16-cı turunda “Sumqayıt”la görüşə 4 itki ilə çıxacaq.
Apasport.az xəbər verir ki, bunu klubun mətbuat xidməti açıqlayıb.
"Ağ qaralar" bu gün oyuna hazırlığı yekunlaşdırıblar. Zədəli Emin Mahmudov məşqdə iştirak etməyib, Azər Salahlı isə fərdi çalışıb. Bu futbolçularla yanaşı cəzalılar – Yuri Matias və Edvin Kuç da “Sumqayıt”la matçı buraxacaqlar.
Qeyd edək ki, sabah Sumqayıt şəhər stadionunda keçiriləcək “Sumqayıt” – “Neftçi” matçı saat 18:00-da start götürəcək.
- Belçikanın baş məşqçisi: "Yalnız öz komandamızla maraqlanıram"
- ATF nümayəndəsi beynəlxalq turnirdə Təşkilat Komitəsinin rəhbəri olacaq
- Azərbaycan Velosiped Federasiyasının yeni İcraiyyə Komitəsinin ilk iclası keçirilib
- İdmançılarımız Berlində yarışacaqlar
- “Neftçi” Futbol Mərkəzində inzibati binanın təmiri başlandı
0
0