“Neftçi”də növbəti ayrılıqlar: UĞURSUZ ÇIXIŞIN SƏBƏBKARLARI
07.04.2025 - 14:22
“Neftçi”də növbəti ayrılıqlar yaşanmağa yaxındır.
Apasport.az saytının əldə etdiyi məlumata görə, klub iki futbolçusu ilə yayda vidalaşacaq.
Azər Əliyev və Azər Salahlı komandanı tərk edəcəklər.
Onların hər ikisinin müqaviləsi yayda başa çatacaq və yenilənməyəcək. Baş məşqçi Samir Abasov da müdafiəçilərin çıxışından məmnun deyil.
Əsasən, yerli limitinə görə meydana çıxan oyunçular yeni mövsümdə komandaya lazım olmayacaqlar.
Qeyd edək ki, cinah futbolçularının ikisi də 2022-ci ilin yanvarından “Neftçi”də çıxış edir.
- "Səbail" islahatlara başladı - ilk transfer hədəfi
- “Neftçi”dən səfər qələbəsi, derbidə məhsuldar heç-heçə - YENİLƏNİB
- Çimərlik voleybolu üzrə Azərbaycan çempionatında yarımfinalçılar bəlli olub
- FİFA-dan qərar: 2,25 milyard dollarlıq rekord investisiya
- "Sumqayıt"ın Konfrans Liqasındakı rəqibi növbəti qələbəsini qazanıb
0
0