"Neftçi"də zədəlilər var
23.02.2024 - 18:21
"Neftçi" Azərbaycan Premyer Liqasının 24-cü turunda “Turan Tovuz”la keçiriləcək oyuna itkilərlə çıxacaq.
Apasport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Mikro zədələri olan Rəhman Hacıyev və Azər Əliyev bu matçı buraxmalı olacaqlar. Komanda ilə məşqləri yenicə bərpa edən Andre Şinyaşiki baş məşqçinin qərarı ilə “Turan Tovuz”la matçda iştirak edə bilməyəcək. Uzun müddətdir zədəli olan Emil Balayevlə Ataa Caber isə bərpa və müalicə prosesini davam etdirir.
Qeyd edək ki, "Sabah" keçiriləcək "Turan Tovuz" - "Neftçi" oyunu saat 15:00-da başlayacaq.
- Erlinq Haaland Kimdir? Qol Maşınının Həyatı və Futbol Karyerası
- Bədii gimnastika üzrə Avropa Kubokunun mükafat fondu açıqlanıb
- “Arsenal”ın futbolçu əməliyyat olunub
- "ROX" avtomobilləri Azərbaycanda "25 000 km İpək Yolu Turu"nu uğurla başa vurdu - FOTO
- I Liqa: XVII və XVIII turun oyun cədvəli məlum oldu
0
0