"Neftçi"dən ardıcıl beşinci qələbə
08.11.2025 - 00:24
“Neftçi” Yüksək Qızlar Liqasında ardıcıl beşinci qələbəsini qazanıb.
Apasport.az xəbər verir ki, "ağ-qaralar"ın qadınlardan ibarət komandası 5-ci turda “Şəfa”nın qapısından 3 cavabsız top keçirib. “Palms Sports” Futbol Mərkəzində baş tutan matçda qollardan ikisinə Ayşən Salamzadə (12-ci və 14-cü dəqiqələr), birinə isə Alina Nəhmədova (59-cu dəqiqə) imza atıblar.
Qeyd edək ki, 5 oyundan sonra maksimum nəticə ilə turnir cədvəlinin zirvəsində qərarlaşan “Neftçi” 6-cı turda “Araz-Naxçıvan”ın qonağı olacaq. Noyabrın 10-da “Rekord Arena”da baş tutacaq görüş saat 13:00-da start götürəcək.
- “Turan Tovuz”un kapitanı: “Ona imkan versən, dərhal cəzalandıracaq” - MÜSAHİBƏ
- Millətlər Liqası: Azərbaycan Monteneqro ilə üz-üzə
- Saşa Yunisoğlu: "Yalnız “Qəbələ”nin elitaya yüksəlmək üçün lazımi şəraiti var"
- “Malyorka” “Alaves”lə, “Osasuna” “Valensiya” ilə heç-heçə edib
- "Real" ispaniyalı üçün 50 milyon ödəyəcək
0
0