“Neftçi”dən darmadağın, “Turan” - “Şamaxı” matçında 10 qol
17.02.2026 - 22:57
“Neftçi”dən darmadağın, “Turan” - “Şamaxı” matçında 10 qol

Əvəzedicilər Liqasında XVI tura yekun vurulub.

Apasport.az xəbər verir ki, turun son 3 matçı bu gün baş tutub.

"Neftçi-2" öz meydanında "Kəpəz-2"ni 4 cavabsız qolla darmadağın edib - 4:0.

"Turan Tovuz-2" isə "Şamaxı-2"ya 6:4 hesabı ilə qalib gəlib.

Əvəzedicilər Liqası

XVI tur

"Turan Tovuz-2" - "Şamaxı-2" 6:4

Qollar: V.Bağırov, 16, E.Qasımov, 18, 27, 35, B.Quliyev, 45+1, M.Dadaşev, 76, - E.Ağalarov, 32, N.Mehralıyev, 46, D.Mənsumov, 51, S.Məmmədli, 90+2

"Qarabağ-2" - "Qəbələ-2" 2:3

Qollar: N.Xasıyev, 20, M.Ağayev, 30, - N.Salihu,1, R.Əsədov,55, R.Əhmədov(p.)

"Neftçi-2" - "Kəpəz-2" 4:0

Qollar: Ö.Qurbanov, 27, A.Atakişiyev, 30, A.Şirinov, 40, R.Fərzullazadə, 90