“Neftçi”dən Solomon qərarı
19.06.2023 - 17:02
“Neftçi” daha bir futbolçusu ilə yollarını ayırmağa qərar verib.
Apasport.az saytının məlumatına görə, “ağ-qaralar” mövsümün əvvəlində böyük ümidlərlə transfer etdiyi Solomon Kvirkveliya ilə vidalaşmaq niyyətindədir.
Klub rəhbərliyi gürcü müdafiəçi ilə yollarını ayırıb, başqa arxa xətt oyunçusu ilə anlaşmaq istəyir. Hazırda tərəflər arasında danışıqlar gedir. Böyük ehtimalla gürcü müdafiəçi yeni mövsümə “Neftçi”də başlamayacaq.
Qeyd edək ki, Solomon Premyer Liqanın başa çatan mövsümündə keçirdiyi 33 matçda 2 qol vurub.
- "Şamaxı" - "Səbail" oyunu nəzərdə tutulan vaxtdan gec başlayacaq
- Türkiyə AVRO-2028 və ya AVRO-2032-yə namizədliyini UEFA-ya göndərdi
- Belarus millisi oyunlarını Macarıstanda keçirəcək
- “Beşiktaş” ona 2,5 milyon avro təklif etsə də...
- Oduva: “Qarabağ”a niyə bu liqada olduğumuzu göstərməliyik” - MÜSAHİBƏ
0
0