"Neftçi" heyətini yeni futbolçu ilə gücləndirib.
Apasport.az xəbər verir ki, bunu paytaxt klubunun mətbuat xidməti açıqlayıb.
"Ağ-qaralar" Elvin Camalovu rənglərinə bağlayıb. O, yeni komandasında 4 nömrəli formada çıxış edəcək.
29 yaşlı dayaq yarımmüdafiəçisi ilə 1,5 + 1 il şərti ilə müqavilə bağlanıb.
“Qəbələ”nin yetirməsi olan Camalov “Zirə” və “Sabah” klublarında da çıxış edib. Sonuncu klubu “Sabah”ın kapitanı olmuş təcrübəli futbolçu 2018/19 mövsümündə “Qəbələ” ilə Azərbaycan Kubokunu başı üzərinə qaldırıb. O, milli komandamızın heyətində 20 oyun keçirib.
Qeyd edək ki, o, 2021-ci ildən "bayquşlar"ın şərəfini qoruyurdu.
- “Fənər”də Sadettin Saran və Ali Koç arasında təhvil-təslim mərasimi keçirilib
- “Neftçi”ni cəzalandıran hücumçu: “Daha çox qol vurmalı idik”
- Üç top klub "Real Madrid"in qapıçısını istəyir
- Ramil Şeydayev: “Bu barədə Rəşad Sadıqovla məsləhətləşdim”
- “Ordu”nun amerikalı basketbolçusu: “Mövsümə əla başladıq”