
“Çox çətin oyun alındı”.
Apasport.az saytının məlumatına görə, bunu Avstriyanın “Rapid” klubunun hücumçusu Ferdi Druyif Konfrans Liqasının III təsnifat mərhələsində “Neftçi” üzərində qazanılan 2:0 hesablı qələbə barədə danışarkən deyib.
113-cü dəqiqədə komandasını pley-offa daşıyan qola imza atan 24 yaşlı niderlandlı forvard daha çox qol vurmalı olduqlarını bildirib: “Daha çox qol vurmalı idik. Matçın penaltilər seriyasına qalmasını istəmirdik. Çünki orada şanslar yarı-yarıyadır. Çətin, uzun yol idi. Həm də mənim üçün çox yaxşı geridönüş oldu”.
Qeyd edək ki, bu komandalar arasında Bakıda keçirilən ilk görüşdə “Neftçi” 2:0 hesablı qələbə qazanıb.
- “Qarabağ” Juninyonun yerinə hücumçu tapdı: O da Portuqaliyadan gəlir
- “Qarabağ”ı “Mançester Yunayted”, Ovusunu Ronaldo izləyir - GÖSTƏRİCİLƏR
- Mətbuat Günü münasibətilə veteran futbolçular və jurnalistlər arasında yoldaşlıq oyunu keçirilib - FOTO
- Luis Suarezin rekordu qırıldı
- Ölkə birinciliyinin qalibləri müəyyənləşib - FOTO