"Neftçi"nin futbolçuları ümumi müayinədən keçiblər
25.06.2025 - 15:31

“Neftçi”nin futbolçuları Mustafa Sek, Bassala Sambu, Edvin Kuç və Ryonosuke Ohori “Liv Bona Dea Hospital”da ümumi müayinədən keçiblər.
Apasport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Kardioloq, travmatoloq, ümumi cərrah, terapevt, nevroloq, oftalmoloq, fizioterapevt və LOR yoxlanışından sonra qan analizləri götürülüb. Həmçinin USM, MRT, EKQ, EXO, stress test edilib. Onların sağlamlığında heç bir problem aşkarlanmayıb.
0
0