“Neftçi”Azərbaycan millisinin daha bir üzvünü ilə maraqlanır.
Apasport.az saytına verilən məlumata görə, “ağ-qaralar” bu dəfə Ozan Can Kökçünü hədəfə alıb.
Millimizdə bu il debüt etmiş “Polesye”nin futbolçusu Emil Mustafayevi transfer etmək istəyən “flaqman” indi də Kökçünün xidmətində maraqlıdır. “Neftçi” yerli limitini məhz ölkə xaricində oynamış Azərbaycan pasportuna malik oyunçulardan yana istifadə etməyə çalışır.
Hazırda “Eyndhoven”də çıxış edən Kökçünün “Neftçi”yə hansı cavabı verəcəyi isə hələ ki, dəqiq deyil.
25 yaşlı yarımmüdafiəçi 2022-ci il avqustun 6-da Niderland klubuna keçib və 2025-ci il iyulun sonuna qədər həmin komandaya məxsusdur. O, əvvəllər “Bursaspor”, “Velveyk”, “Sabah”, “Giresunspor”, “Tesltar”da oynayıb.
- Cüdo üzrə kişilər arasında Liqa yarışının I turu keçirilib - FOTO
- Premyer Liqa: “Yunayted” turu qələbə ilə başa vurub
- Həftənin ən yaxşısı adına namizədlər bəlli oldu
- Siyasət Əsgərov: "Potensial rəqiblərdən ən güclüsü bizə düşdü"
- Polad Rzayev ilk beynəlxalq turnirində həlledici mərhələyə vəsiqə qazanıb