"Neftçi" Kilan Lebonun iştirakı ilə mətbuat konfransı təşkil edəcək.
Apasport.az xəbər verir ki, fevralın 29-u saat 14:00-da “Neftçi Arena”da keçiriləcək tədbirdə yarımmüdafiəçi media nümayəndələrinin suallarını cavablandıracaq.
Qeyd edək ki, 2023-cü ilin yanvarında “Neftçi”yə transfer olunmuş Lebon bunadək Fransanın “Amyen-2” (2014-2016), “Paris-2” (2016-2018), “Şambli” (2017-2018), “Paris” (2018-2020), “Qazelek Ayaçço” (2019-2020), “Kretey” (2020), Hollandiyanın “Utrext-2” (2019), Bolqarıstanın “Beroe” (2020-2022) və Qazaxıstanın “Astana” (2022) klublarında çıxış edib. O, Sent Martin milli komandasının heyətində 3 oyun keçirib, 1 qol vurub.
"Neftçi" növbəti turda "Qarabağ"la qarşılaşacaq. Prinsipial matç martın 3-də keçiriləcək.
- Premyer Liqa: “Nyukasl” - “Liverpul” matçında sülh
- Azərbaycan Boks Federasiyası və AHİTA arasında əməkdaşlığa dair görüş keçirilib
- Adil Şükürov: “Komandanı toparlamaq istəyirik”
- Dünya çempionatının nümayəndə heyəti Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edib - FOTO
- Messi oynamadı, komandası bu mövsüm ilk dəfə məğlub oldu