“Neftçi”nin Rusiyanın Sankt-Peterburq şəhərində keçiriləcək “Matç Tv” kubokunda iştirakı sual altına düşüb.
Apasport.az saytının məlumatına görə, bunu Bakı klubunun mətbuat xidmətinin rəhbəri Rüstəm Allahverdiyev açıqlayıb.
Rusiya mətbuatına açıqlama verən klub rəsmisi bildirib ki, “ağ-qaralar” siyasi məsələlər üzündən turnirdə iştirak edəcəyi dəqiqləşməyib: “Biz hələ turnirdə oynayıb-oynamayacağımızı bilmirik. Yaxın günlərdə təşkilatçılarla daşışacağıq. Bundan sonra yekun qərar verəcəyik”.
Qeyd edək ki, turnirdə “Neftçi”, “Zenit”, “Fənərbaxça” və “Srvena Zvezda” mübarizə aparacaq.
- Qurban Qurbanov: “Futbolun gözəlliyi budur ki, son saniyələrdə qol olur”
- "Barselona" 25 matçdan sonra ilk dəfə qol vura bilmədi
- Arda Turan "Beşiktaş"a keçidi ilə bağlı: “Həmişə Qalatasaray”lı olduğumu söyləmişəm”
- Bir hekayənin sonu: NEYMAR KARYERASINI BİTİRİR?
- A Seriyası klubu baş məşqçisi ilə yollarını ayırıb