“Neftçi”nin şikayəti təmin edilmədi
17.09.2025 - 17:28
AFFA-nın Apellyasiya Arbitraj Tribunalı “Neftçi”nin apellyasiya şikayəti təmin etməyib.
Apasport.az xəbər verir ki, AFFA İntizam Komitəsinin sentyabrın 3-də verdiyi qərar qüvvədə qalıb.
Qeyd edək ki, "Neftçi"nin futbolçusu İqor Ribeyro "Turan Tovuz"a uduzduqları Misli Premyer Liqasının III turunun oyununda təcavüzkar davranışa (rəqibi vurduğuna) görə birbaşa qırmızı vərəqə almışdı. O, AFFA İntizam Komitəsinin qərarı ilə 3 oyunluq cəzalanıb, "ağ-qaralar"a isə 3000 manat cərimə tətbiq edilib.
- "Qalatasaray" "Mançester Siti"nin futbolçusunu istəyir
- Karateçilərimiz Xorvatiyada iki bürünc medal qazanıblar - FOTO
- Bir qrup idmançı və idman mütəxəssisi təltif edilib - SƏRƏNCAM
- “Qəbələ” heyətini konqolu futbolçu ilə gücləndirib
- Prezident: "Xankəndidəki stadionun yenidən qurulması gələn il başa çatmalıdır"
0
0