“Zirə”nin qış fasiləsində vidalaşdığı Nemanya Ancelkoviçin apasport.az saytına müsahibəsi
- “Zirə” ilə yollarınızı ayırmağınızın səbəbi nə oldu?
- Müqaviləyə qarşılıqlı şəkildə xitam verdik. Çünki əsas komanda ilə toplanışa da getməmişdim. Həm mənim, həm də “Zirə” üçün ən yaxşısı Bakıda müqaviləyə xitam vermək idi. Belə də oldu.
- Özün komandada qalmaq istəyərdin?
- “Zirə”də oynadığım üçün çox şad idim və bu, xoş oldu. İnanın, “Zirə”ni çox sevirəm. Klubdakıların hamısı çox yaxşı insanlardır. Hər birinə də hörmətlə yanaşıram və onlara rəğbətim var.
- Yenidən Azərbaycana dönüşün mümkündür? Bəlkə karyeranı Azərbaycanın digər klubunda davam etdirəcəksən?
- Ümidvaram ki, nə vaxtsa Bakıya qayıdacam. Azərbaycanda oynamaq, yaşamaq mənim üçün çox xoş idi. Oranı çox sevdim. İnsanlar çox yaxşıdır. Ümidvaram ki, Bakıya yenə də qayıdacam.
- Yəni təklif olarsa, razılaşarsan?
- Əlbəttə. Yenidən Bakıya qayıdıb, Azərbaycanda oynamaq istəyərdim. Hər şeyi zaman göstərəcək.
- “Zirə” barədə hansı fikirdəsən? Səncə, onlar avrokublara vəsiqə qazanacaq?
- “Zirə” haqda yalnız xoş fikirdəyəm. Bu klubu sevirəm. Hər zaman da bu komandada sevərək oynamışam. Ümid edirəm ki, onlar avrokuboklarda oynayacaqlar.
- Azərbaycan Premyer Liqası xatirəndə necə qalacaq? Hansı komandanı və futbolçunu qeyd edərdin?
- Çempionatda yaxşı futbolçular çoxdur. Oynadığım dövrdə də bunu gördüm. Ona görə də, fərdi olaraq heç kimi ayıra bilmərəm.
- Xorvatiyalı yarımmüdafiəçi “Fənərbaxça” yolunda
- Portuqaliyalı mütəxəssis: "Millidən bərk yapışın, inanın ki, bu, gələcəyə atılmış addımdır"
- "Fənərbaxça" Cekonu ingilis futbolçu ilə əvəzləyəcək - İddia
- Birinci Liqa: “Zaqatala”dan darmadağın, MOİK-dən qələbə - YENİLƏNİB
- Misli Premyer Liqasında aprelin ən yaxşı qolu müəyyənləşdi - VİDEO