“Olimpiakos” Avropa Liqasının qrup mərhələsində “Qarabağ”la Bakıda keçiriləcək IV tur matçında ilk xallarını qazanmaq niyyətindədir.
Apasport.az saytının Yunanıstan mətbuatına istinadən məlumatına görə, bunun üçün baş məşqçi Miçel Yunanıstan Super Liqasının VII turunda OFİ ilə matçdan sonra futbolçularla söhbətlər aparıb.
İspaniyalı mütəxəssis 2:1 hesabı ilə qalib gəldikləri görüşün ardından bu uğurlu seriyanı davam etdirməyin vacibliyini vurğulayıb. Miçel “Qarabağ”la qarşılaşmanı nəzərdə tutaraq, yetirmələrinə “Böyük nəticələr əldə etmək, kim olduğumuzu göstərmək vaxtıdır”, - deyib.
Həmçinin təcrübəli müdafiəçi Sokratis Papastatopulos da komanda yoldaşlarını bir araya yığaraq, onlarla psixoloji söhbət aparıb, komandasını Bakı səfərinə kökləyib.
Qeyd edək ki, oktyabrın 13-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək “Qarabağ” – “Olimpiakos” oyunu saat 20:45-də başlayacaq.
- Elmar Baxşıyev: “Komanda şəklində daha yaxşısını edə biləcəyimizə inanıram”
- Çempionlar Liqasında həftənin oyunçusu adına namizədlər açıqlanıb
- Millinin kapitanı: "Təəssüf ki, istədiyimiz oyunu nümayiş etdirə bilmədik"
- Millimizin üzvü oynadı, komandası heç-heçə etdi
- Endryu Robertson “Liverpul”dan ayrıla bilər