Avropa Liqasının qrup mərhələsində “Qarabağ”la eyni qrupda yer alan “Olimpiakos”un qapıçısı Tomaş Vaçlikin durumuna aydınlıq gəlib.
Apasport.az saytının Yunanıstan mətbuatına istinadən məlumatına görə, 33 yaşlı qolkiper uzun müddət komandasına kömək edə bilməyəcək.
Millətlər Liqasının son turunda İsveçrə ilə qarşılaşmada xəsarət alan Çexiya millisinin üzvünün çiynindəki zədənin ciddi olduğu müəyyənləşib. Həkimlər tibbi testlərin ardından Vaçlikin təxminən 2-3 ay kollektivdən ayrı qala biləcəyini açıqlayıb. Bu isə o deməkdir ki, təcrübəli qapıçı nəinki “Qarabağ”la hər iki oyunu, ümumilikdə qrup mərhələsinin bütün matçlarını buraxmalı olacaq.
Qeyd edək ki, “Olimpiakos”la “Qarabağ” arasında oyunlar oktyabrın 6-da Pireydə, 13-də isə Bakıda keçiriləcək.
- Daha bir boksçumuz Avropa çempionu oldu - yığmamız yarışı 5 medalla bitirdi
- Millilərimiz Bakıda təlim-məşq toplanışı keçirlər
- "Salernitana" prezidentindən sərt etiraz
- Futbol ictimaiyyəti “Qarabağ”ın tarixi qələbəsini izlədi
- Heydər Əliyevin xatirəsinə həsr olunan beynəlxalq turnirə start verilib - FOTO