“Oynadığıma görə çox şadam. Qələbə qazana bilərdik. Çünki bu, 3 xal qazanmağı çox istədiyimiz səfər oyunu idi”.
Apasport.az saytının məlumatına görə, bunu “Olimpiakos”un qapıçısı Aleksandros Pasxalakis Avropa Liqasının qrup mərhələsinin IV turunda “Qarabağ”la Bakıda keçirilən oyun barədə danışarkən deyib.
0:0 hesabı ilə başa çatan matçda Yunanıstan çempionunun heyətində debüt edən 33 yaşlı qolkiper yerli mətbuata açıqlamasında komandasının və özünün çıxışını dəyərləndirib: “Qələbə qazana bilməsək də, heç-heçə etdik. Duyğular qarışıqdır. Daha çox stress keçirəcəyimi gözləyirdim. Uzun müddət idi uzaqda idim, amma hər şey yaxşı keçdi. Komandama kömək etməyi bacardım. İlk andan məni isti qarşılayan komanda yoldaşlarıma təşəkkür edirəm”.
Qeyd edək ki, sona iki tur qalmış 1 xalla qrup sonuncusu olan “Olimpiakos”un Konfrans Liqasının pley-offuna ümidi davam edir. “Qarabağ” isə 7 xalla ikinci pillədə yer alır.
- "Nottingem" transfer çalışmalarına start verdi: "Yuventus"dan iki hücumçu
- III MDB Oyunları: Azərbaycan gimnastları 8 medal qazanıblar
- "Sabah" tarixində ilk dəfə avrokuboklara vəsiqə qazandı
- Canni de Byazi: "O bizim üçün vacib, vuruşan oyunçudur"
- Güləşçilərimiz “Çempionlar” turnirinin ilk günündə 5 medal qazanıb