Ölkələrin UEFA reytinqində dəyişikliklər olub.
Apasport.az xəbər verir ki, buna avrokubokların II təsnifat mərhələsinin ilk oyunlarının birinci gününün nəticələri səbəb olub.
Çempionlar Liqası və Konfrans Liqasında baş tutan matçlar Azərbaycanın mövqeyinə təsir etməyib. "Qarabağ"ın "Linkoln"a 2:0 hesabı ilə qalib gəlməklə ölkə reytinqinə 0,250 xal gətirib. Azərbaycanın xal hesabı 17,250-yə yüksəlsə də, mövqe dəyişməz qalıb.
Ölkəmiz Avropada 25-ci pillədə qərarlaşıb. Norveç Danimarkanı, Avstriya İsveçrəni, Macarıstan Rusiyanı, İsveç Rumıniyanı, Kosovo İrlandiyanı keçib.
Qeyd edək ki, cədvələ İngiltərə başçılıq edir – 89,160 xal.
- “Kəpəz”in futbolçusu Premyer Liqa klublarının hədəfinə düşüb
- Gimnastlarımız İtaliyada 6 qızıl medal qazanıblar
- “Prezident Kuboku-2025” beynəlxalq reqatasına Suqovuşanda start veriləcək
- "Mingəçevir reqatası-2024” beynəlxalq turnirinə bu gün yekun vurulacaq
- Fransa millisinin sabiq məşqçisi dünyasını dəyişib