PFL 130 nümunə arasından yeni loqosunu seçdi
22.11.2022 - 15:15
Peşəkar Futbol Liqasının (PFL) yeni loqosu müəyyənləşib.
Apasport.az-ın qurumun rəsmi saytına istinadən məlumatına görə, 130 nümunə arasından qalib seçilən Fərhad Sultanovun dizayn etdiyi loqo özündə bir neçə amili ehtiva edir.
Loqoda futbolu ifadə edən top təsvir olunub. Mərkəzdə alov və buta silueti var. Onlar odlar yurdu Azərbaycana işarədir. Loqodakı kürə qlobal dünya futbolunun simvoludur.
Həmçinin alov və buta ilə ayrılan sahə qlobal futbolun ayrılmaz hissəsi olaraq bizim futbolu ifadə edir.
- "Qarabağ" son dəqiqələrdə buraxdığı qolla məğlub oldu - YENİLƏNİB
- Süleymanlıdan son turda qələbə
- Azərbaycan Kuboku: Premyer Liqa klubları sensasiyaya imkan vermədi- YENİLƏNİB
- Yığmamız dünya reytinqinə qayıtdı - 13 aylıq həsrətə son
- Ayxan Abbasov: "Allah qoysa, azarkeşlər məni başa düşəcəklər" - Müsahibə
0
0