
Ölkəmizi Avropa Liqasında təmsil edəcək “Sabah” heyətlə bağlı çalışmalarını davam etdirir.
Apasport.az saytına verilən məlumata görə, Masazır təmsilçisi bəzi oyunçularla yollarını ayırsa da, yeni transferlər də həyata keçirir.
Azərbaycan kubokunun yeni sahibinin heyətinə qatmaq istədiyi futbolçular arasında Klaude Qonçalveş də var. “Sabah” “Legiya”nın formasını geyinən 31 yaşlı yarımmüdafiəçi üçün müəyyən addımlar atıb.
Onun Varşava təmsilçisi ilə müqavilə müddəti 2027-ci il iyunun 30-na qədərdir. O, 2024-cü ildən Polşa kubunda çıxış edir.
Portuqaliyanın U-20 yığmasının sabiq üzvü “Ayaçço”, “Tondela”, “Trua”, “Jil Visente”, “Ludoqorets” klublarında çıxış etmiş Klaudenin “Sabah”da oynamaq istədiyində olduğu bildirilib.