Portuqaliyalı futbolçu “Kəpəz”də - RƏSMİ
05.07.2025 - 18:13

"Kəpəz" heyətini daha bir futbolçu ilə gücləndirib.
Apasport.az xəbər verir ki, portuqaliyalı Pedro Qomes bölgə klubuna transfer olunub.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Mərkəz müdafiəçisi mövqeyində çıxış edən Qomes ilə 2 illik müqavilə imzalanıb.
Qeyd edək ki, 22 yaşlı oyunçunun son klubu vətənində "Boavişta" olub.
0
0