Premyer Liqanın 45-cisi
04.12.2023 - 09:51
Numan Kurdiç “Araz-Naxçıvan”ın tarixinə Premyer Liqada avtoqol müəllifi olan ilk futbolçu kimi düşüb.
Apasport.az xəbər verir ki, Muxtar Respublika təmsilçisinin kapitanı Misli Premyer Liqasının XV turunda öz qapısına qol vurub.
O, bu uğursuzluğu “Səbail”lə matçda (1:1) yaşayıb. Bunadək 44 müxtəlif klubun futbolçuları öz qapısına qol vurmuşdu. “Araz-Naxçıvan” bu siyahıda 45-ci olub.
“Neftçi” hamıdan çox – 23, “Şamaxı” 20, “Qarabağ”la “Şüvəlan” hərəsi 18 belə halla üzləşib.
- "Tam 90 dəqiqə oynaya bilməyəcək" - Ançelotti
- Azərbaycanın fiqurlu konkisürəni ilk dəfə Avropa çempionatında iştirak edəcək
- İlin gənc futbolçulardan ibarət rəmzi komandası açıqlanıb
- Valdas Dambrauskas: “Çox işləməliyik və çıxış yolları axtarmalıyıq”
- Fransa yığmasının daha bir futbolçusu DÇ-2022-ni buraxacaq
0
0