Prezident İlham Əliyev Fransanın Paris şəhərində keçirilən XXXIII Yay Olimpiya Oyunlarında Azərbaycan Respublikasının idmançıları və onların məşqçiləri üçün yüksək nəticələrə görə mükafatların müəyyən edilməsi haqqında Sərəncam imzalayıb.
Apasport.az xəbər verir ki, Sərəncama əsasən, XXXIII Yay Olimpiya Oyunlarında əldə etdikləri yüksək nəticələrə görə Azərbaycan Respublikasının idmançıları və onların məşqçiləri üçün mükafatların məbləği aşağıdakı qaydada müəyyən edilib:
birinci yeri tutan hər bir idmançıya 400 000 manat, onun məşqçisinə 200 000 manat;
ikinci yeri tutan hər bir idmançıya 200 000 manat, onun məşqçisinə 100 000 manat;
üçüncü yeri tutan hər bir idmançıya 100 000 manat, onun məşqçisinə 50 000 manat.
Nazirlər Kabinetinə bu Sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.
- Səudiyyə Ərəbistanında istefa - Federasiya prezidenti postunu tərk etdi
- Mərakeş millisinin baş məşqçisi: "Arzumuz gerçəkləşdi"
- “Bu kluba bir qəpik də verməmisən” - VİDEO
- "Bavariya" heyətini 18 yaşlı futbolçu ilə gücləndirəcək
- “Zirə” - “DAK 1904” oyunundan əvvəl baş tutacaq mətbuat konfranslarının vaxtı açıqlandı