Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Xankəndi şəhərinə səfəri çərçivəsində əsaslı yenidənqurmadan sonra açılışı olan Xankəndi şəhər stadionu ilə tanış olub.
Apasport.az xəbər verir ki, dövlət başçısı stadionun soyunub-geyinmə otağına baş çəkib.
Burada Prezident İlham Əliyevə Xankəndi Futbol Klubunun futbolçuları üçün hazırlanmış oyun formaları, o cümlədən ölkə rəhbərinin ad və soyadının qeyd olunduğu xüsusi forma təqdim edilib.
Qeyd edək ki, Xankəndi şəhər stadionunun yenidən qurulması şəhərdə futbol ənənələrinin bərpası və idmanın inkişafı baxımından mühüm əhəmiyyət daşıyır.
- “Qalatasaray”da Barış Alper Yılmaz qərarı – Növbəti oyunu buraxacaq
- Şimanskiyə İngiltərə və İtaliyadan təkliflər
- Milli Paralimpiya Komitəsi paraatletika üzrə Açıq Qapı Günü keçirəcək
- Minifutbol üzrə dünya çempionatında qrup mərhələsinə yekun vurulub - YENİLƏNİB
- "Qalatasaray"ı dayandıracaq tək məşqçi Qurban Qurbanovdur" - VİDEO