PSJ futbolçu almayacaq
03.12.2022 - 15:39
PSJ qış transfer pəncərəsində heyətinə yeni futbolçu qatmayacaq.
Apasport.az saytının məlumatına görə, bunu Fransa klubunun prezidenti Nasser El-Xelaifi açıqlayıb.
O bildirib ki, yanvarda transfer olunması nəzərdə tutulmayıb: “Düşünürəm ki, yanvarda bir futbolçu ilə də müqavilə imzalamayacağıq. Bizə konkret futbolçu lazım deyil. İndiki heyətimizi saxlamalıyıq”.
Qeyd edək ki, 15 oyunda 41 xal toplayan PSJ Fransa Liqa1-in lideridir.
- Morataya Səudiyyə Ərəbistanı klubundan 200 milyonluq təklif
- "Qarabağ"ın rəqibinin hücumçusu zədəsini sağaldıb
- “Qarabağ”ın prezidenti üçün xüsusi kart - FOTOLENT
- Vurğun Hüseynov: “Azarkeşlərimiz gələcəkdə daha yaxşı "Sumqayıt" görəcəklər"
- MDB Oyunları tarixində üzgüçülük üzrə Azərbaycanın ilk medalları - FOTO
0
0