Azərbaycan karateçisi Fəridə Əliyevanın vəziyyəti indi stabildir, bütün tibbi müayinələrdən sonra klinikadan buraxılıb və bu axşam Bakıya qayıdacaq.
Apasport.az saytı xəbər verir ki, bunu Azərbaycan nümayəndə heyətinin press ataşesi Qabil Mehdiyev deyib.
O, təmsilçimizin ciddi xəsarət almadığını bildirib: "İdmançımızın iki ay əvvəl Avropa çempionatının finalında italiyalı rəqiblə döyüşündə burnu sınıb. Zərbə köhnə zədənin üzərinə dəydiyi üçün qanaxma nəticəsində huşunu itirib. Dərhal xəstəxanaya aparılıb, sistem köçürülüb, ilkin tibbi yardım göstərilib. İdmançının zədəsinin ciddi olmadığı bildirilib".
- Karrasko Bakıda özünü İnzagiyə bənzətdi - vurduğu qola görə
- Cəfərov millimizin AÇ-də "qızıl" həsrətinə son qoydu
- Premyer Liqa: Mövsümün ən yaxşı baş məşqçisi üzrə namizədlər açıqlanıb
- İlkay Gündoğan transfer qərarını verdi: Geri dönür
- “Fənərbaxça” və “Milan”a "yox" dedi, Səudiyyə Ərəbistanında çıxış edəcək