"Qarabağ" avrokuboklarda 200-cü oyununu keçirib və 250-ci qolunu vurub.
Apasport.az Peşəkar Futbol Liqasına istinadən xəbər verir ki, yubiley UEFA Çempionlar Liqasının Liqa mərhələsinin IV turuna təsadüf edib.
"Çelsi" ilə oyun Ağdam klubunun qitə kuboklarında ümumilikdə 200-cü matçı kimi tarixə düşüb. İngiltərə təmsilçisi ilə matç 2:2 hesabı ilə başa çatıb.
"Qarabağ" Çempionlar Liqasında 67, Avropa Liqasında (əvvəl UEFA Kuboku) 109, Konfrans Liqasında 16, Kuboklar Kubokunda 4, İntertoto Kubokunda 4 matça çıxıb.
"Qarabağ"ın bu qarşılaşmadakı ilk qolu Avropa klub turnirlərində vurduğu 250-ci qol olub. Yubiley qoluna Leandro Andrade imza atıb.
"Qarabağ" Çempionlar Liqasında 105, Avropa Liqasında (əvvəl UEFA Kuboku) 124, Konfrans Liqasında 19, Kuboklar Kubokunda 1, İntertoto Kubokunda 2 qol vurub.
"Qarabağ" bu qarşılaşmalarda 77 qələbə qazanıb, 47 heç-heçə edib cə 76 dəfə uduzub. 251 qol vuran komanda 261 top buraxıb.
Qeyd edək ki, "Qarabağ" avrokuboklarda 1996/1997 mövsümündə debüt edib. 1996-cı il avqustun 8-də "MüPA" ilə Bakıdakı qarşılaşmada qonaqlar qalib gəlib – 0:1. İlk qola isə Finlandiya təmsilçisi ilə 14 gün sonrakı matçda (1:1, əlavə vaxtda) Bəxtiyar Musayev imza atıb.
- TFF-dən "İstanbulspor"a ciddi cəza
- “Sumqayıt”da 3 ayrılıq, 4 yeni müqavilə
- Mingəçevirdə 4 qol, “Karvan”dan inamlı qələbə - YENİLƏNİB
- Şəhriyar Əliyev: "Kəpəz"lə matç çempionatdakı ən ağır oyunlarımızdan biri olacaq" - Müsahibə
- Əfran İsmayılov: “Onun Azərbaycan millisinə heç bir faydası yoxdur” - MÜSAHİBƏ