Mövsümün ikinci dövrəsinə hazırlıqlarını Antalyada davam etdirən “Qarabağ” bu gün iki yoxlama oyunu keçirəcək.
Apasport.az xəbər verir ki, Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv Xorvatiyanın “Osiyek” və Polşanın “Zaqlebie” komandaları ilə üz-üzə gələcək.
İlk görüş Bakı vaxtı ilə saat 12:00-da “Osiyek”ə qarşı olacaq. Matç “Calista Sports Center”də baş tutacaq. Günün son matçında isə rəqib Polşa “Zaqlebie”si olacaq. Saat 19:00-da start götürəcək qarşılaşma “Gloria Sports Arena”da keçiriləcək.
“Qarabağ” Antalyadakı ilk oyununda Özbəkistanın “Neftçi” (Fərqanə) komandasına qalib gəlib – 5:0.
- Cüdo Federasiyası rusiyalı idmançını milliləşdirdi
- AAF rəsmisi Avropa Ağırlıqqaldırma Federasiyasının Xüsusi Konqresində iştirak edib
- AFFA-nın təşkilatçılığı ilə keçirilən məşqçi kursuna yekun vurulub
- Qəbələ Azərbaycan futbolu tarixində: 7-ci şəhər, 12-ci stadion... - STATİSTİKA
- "Mançester Yunayted" 2-ci pilləyə yüksəldi