“Qarabağ”ın gənc qapıçısı Sadiq Məmmədzadə bir müddət əvvəl Serbiyanın “İMT Belqrad” klubunda baxışda olub. Lakin o, məşqçilər korpusu tərəfindən bəyənilməyib.
Apasport.az saytına daxil olan məlumata görə, yayda onun bu kluba keçidi böyük ehtimalla baş tutmayacaq.
Buna səbəb isə serblərin Məmmədzadəyə irəli sürdüyü təklifin peşəkar müqavilə olmamasıdır. Belə ki, Superliqa klubu “Qarabağ”ın qolkiperinin əsas komandada deyil, U-19 komandasında oynamasını istəyir. Bundan başqa, ona normal maaş və şərait də yarada bilməyəcək.
Bu təklifdən sonra azərbaycanlı qolkiperin Belqrad təmsilçisinə keçəcəyi inandırıcı görünmür. Amma Serbiya klubu imkanları yaxşılaşdıracağı təqdirdə, Məmmədzadənin yayda A komandasında baxışa yollana biləcəyini gözləmək mümkündür. “İMT Belqrad”la yanaşı onun başqa klubların da maraq dairəsində olduğu iddia edilir.
Qeyd edək ki, Sadiq “Səbail”in yetirməsidir və yayda “Qarabağ”a keçib.
- “Sivasspor” – “Qalatasaray” oyununun hakimi karyerasını bitirdi
- Premyer Liqa: XVIII tura yekun vurulub
- "Borussiya"da bir dövrün sonu - Kapitan gəmisini tərk edir
- Paris-2024-ə lisenziya qazanan paraatlet: Bu hissləri yenidən yaşamaq çox xoşdur
- Rumıniyalı məşqçi: “Petresku heç vaxt “Qarabağ”a rəqib olmaq istəməz”