“Qarabağ” ikinci yoxlama oyununda uduzdu
01.07.2023 - 21:53
Avstriyada keçirilən təlim məşq-toplanışı çərçivəsində “Qarabağ” ikinci yoxlama matçını keçirib.
Apasport.az saytı xəbər verir ki, Azərbaycan çempionu “Legiya”ya uduzub.
Gərgin mübarizə şəraitində keçən qarşılaşmanın birinci hissəsində qapılara qol vurulmayıb. Fasilədən sonra Polşa təmsilçisi ələ düşən fürsətlərdən faydalana bilib. 74 və 80-ci dəqiqələrdə “Legiya” iki dəfə fərqlənib.
Qeyd edəki ki, “Qarabağ” ilk yoxlama matçında “Ferentsvaroş”la 3:3 hesabı ilə heç-heçə oynayıb
1 iyul
“Qarabağ” – “Legiya” (Polşa) – 0:2
Qollar: Rosolek, 74. Elitim, 80
- Uşaq evlərinin komandaları arasında minifutbol turniri keçirildi
- Madiboya ağır cəza - Koneyə kobud müdaxilə baha başa gəldi
- Almaniya millisinin məşqçisi tanınmış hakimi təhqir edib
- Klub prezidenti Şeydayev transferindən danışdı
- Bakıda karate üzrə "Grand Prix" beynəlxalq turnirinin rəsmi açılış mərasimi keçirilib
0
0