"Qarabağ" millinin futbolçusu ilə maraqlanır
27.05.2024 - 21:34
“Sabah”ın futbolçusu Anatoli Nuriyev “Qarabağ”ın maraq dairəsindədir.
Apasport.az saytına verilən məlumata görə, Ağdam təmsilçisi Azərbaycan milli komandasının üzvünü bu yay heyətinə qatmaq istəyir.
“Qarabağ”ın məşqçilər korpusu Anatolini sərəncamında görmək istəyir. Lakin “Sabah”ın buna razı olub-olmayacağı dəqiq deyil.
28 yaşlı futbolçunun “Sabah”la müqaviləsi 2025-ci il iyunun 30-na qədərdir. O, karyerası ərzində “Munkaç”, “Sredne”, “Stal”, “Minay”, “Kolos”(hamısı Ukrayna), “Sumqayıt”da oynadıqdan sonra 2022-ci ilin iyul ayında “Sabah”a keçib.
- Serbiya Futbol İttifaqının vitse-prezidenti və baş katibi istefaya göndərilib
- Lempard mövsümün sonunadək "Çelsi"də qalacaq
- Samir Abasov: “Sanki digər komandalar uduzmur”
- “Turan”ın hücumçusu: "Azərbaycan Liqası mənə Braziliyanı xatırladır" - Müsahibə
- Super Liqa təmsilçisi “Şaxtyor”un futbolçusu ilə razılaşıb
0
0