"Qarabağ" rəqib meydanlarında 60-cı böyükhesablı qələbəsini qazanıb
28.04.2026 - 11:16
“Qarabağ” Azərbaycan çempionatları tarixində 60-cı dəfə səfərdə böyükhesablı qələbə qazanıb.
Apasport.az xəbər verir ki, Ağdam klubu Misli Premyer Liqasının XXIX turunda yubileyi gerçəkləşdirib.
“Neftçi”nin qonağı olan ağdamlılar üç xalı 5 qolla qazanıblar – 5:1.
“Qarabağ” turnirdə qazanılan böyükhesablı qələbələrin həm ümumi sayında, həm də səfərdəki göstəricidə rekordçudur. Klub çempionatda rəqib meydanında ilk belə qələbəsini 1992-ci il iyunun 29-da qazanıb. Kürdəmir “Şirvan”ı ilə görüşdə qonaqlar üç cavabsız qolla qalib gəlib.
- Kubarsi rekorda imza atıb
- Birinci vitse-prezident Mehriban Əliyeva bədii gimnastika üzrə Avropa kubokunu izləyib
- “Neftçi” – “Qarabağ” matçının biletləri SATIŞDA
- Avropa çempionatının pley-off mərhələsində Azərbaycan millisinin rəqibi bəlli olub
- Ervin Koffi: “Tutmalı olduğum oyunçunu itirməyi sevmirəm” - VİDEO
0
0